“Qaz ixracı və yaşıl enerji artırılır”
3 Mart 21:15
3 Mart 21:15
3 Mart 21:14
3 Mart 19:19
14 Yanvar 11:54
1 890
Venesuelanın Milli Assambleyasının sədri Xorxe Rodriqes ölkədə davam edən azadlığa buraxılma prosesi çərçivəsində 400-dən çox şəxsin həbsdən azad edildiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Rodriqes parlament iclasında çıxışı zamanı bildirib ki, azadlığa buraxılma qərarı siyasi məhbuslara şamil olunmur. Onun sözlərinə görə, azad edilənlər qanunu pozmuş, Konstitusiyanı tapdalamış və işğala çağırış etmiş bəzi siyasətçilərdir. Milli Assambleyanın sədri qeyd edib ki, bu addım ölkədə “dinc birgəyaşayışı” təşviq etmək məqsədi daşıyır.
Məlumata görə, yerli qeyri-hökumət təşkilatları cümə axşamından etibarən azad edilən şəxslərin sayının 60–70 nəfər arasında dəyişdiyini bildirir. QHT-lər prosesin ləng getdiyini vurğulayaraq, azadlığa buraxılanlarla bağlı məlumat çatışmazlığından şikayət edirlər.
Qeyd edək ki, yanvarın 15-də ABŞ Prezidenti Donald Tramp ilə görüşəcəyi gözlənilən Venesuela müxalifətinin lideri və Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçado siyasi məhbusların, o cümlədən öz siyasi müttəfiqlərinin azadlığa buraxılmasını tələb edən əsas fiqurlardan biridir.
3 Mart 20:20
1 127
3 Mart 19:46
1 141
3 Mart 18:24
1 190