09:30
630
Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevla vida və dəfn mərasimi sabah saat 11:00-də keçiriləcək.
Bu barədə APA-ya mərhumun ailə üzvləri məlumat verib.
O, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.
Qeyd edək ki, onun cənazəsi bu gün axşam Bakıya gətiriləcək.
Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.