Milli Qəhrəmanın dostu: Şahin Tağıyevin cənazəsinin ölkəyə gətirilməsi və buradakı bütün xərcləri dövlət qarşılayıb Hadisə

Milli Qəhrəmanın dostu: Şahin Tağıyevin cənazəsinin ölkəyə gətirilməsi və buradakı bütün xərcləri dövlət qarşılayıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahin Tağıyev qocalar evində ölməyib.

Bu sözləri jurnalistlərə açıqlamasında Milli Qəhrəmanın dostu Ələsgər Rüstəmov deyib.

O, bildirib ki, bəzi media resurslarında yayılan məlumatlar yanlışdır və həqiqətləri əks etdirmir: "Şahin Tağıyev qocalar evində ölməyib. O, inslutdan reabilitasiya mərkəzində müalicə alırdı. Xərcləri də oğlu Rövşən, qızı Nigar qarşılayıb. Orada da bu xidmət ödənişlidir. İsveçdə qocalar evinə yerləşmə prosesi uzun və çətindir. Lakin Milli Qəhrəmanın xaricdə qocalar evində ölməsi kimi məlumatların yayılması yanlışdır. Cənazənin ölkəyə gətirilməsi və buradakı bütün xərcləri dövlətimiz qarşılayıb".