18 Yanvar 09:53
1 988
Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhədində, Ağsu rayonu ərazisində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, yerli vaxtla saat 07.56-da baş verən zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.
***
saat 08.45
Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 07.56-da baş verib. 3,7 maqnitudalı zəlzələ ocağının dərinliyi 9 kilometr olub.
Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub.
25 Mart 17:27
1 330
25 Mart 15:08
1 344
25 Mart 15:03
1 351