Buzovnada fəhlə tikintidə yıxılaraq ölüb Hadisə

Buzovnada fəhlə tikintidə yıxılaraq ölüb

Bakıda 61 yaşlı fəhlə yıxılaraq ölüb.

Hadisə Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsində tikintidə fəhlə işləyən qəsəbə sakini 1965-ci il təvəllüdlü Asif Babayev pilləkəndən yıxılıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.