Rumıniyada ölkəmizin memarlığına həsr edilən fotosərgi təşkil olunub Hadisə

Rumıniyada ölkəmizin memarlığına həsr edilən fotosərgi təşkil olunub

22-25 yanvar tarixlərində Rumıniyanın Moisey (Maramureş bölgəsi) şəhərində keçirilən Rumıniya, Moldova, Ukrayna və Albaniya hüquq parlament komissiyalarının İllik Üçüncü Forumunda xüsusi qonaq qismində Azərbaycan tərəfi iştirak edib.

Tədbir çərçivəsində 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar ölkəmizin memarlığına həsr edilmiş fotosərgi təşkil olunub.

Tədbirdə Rumıniya, Moldova, Ukrayna və Albaniya parlamentlərinin deputatları və senatorları, Rumıniyanın Prokurorluq və Ali Məhkəməsinin rəhbərliyi, bu ölkədə akkreditə olan diplomatik korpusun nümayəndələri, hüquqşünaslar və ictimai-siyasi xadimlər iştirak edib.

Təqdim olunan sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Cavid