2 Fevral 16:11
1 967
Xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü həbs edilib.
APA-nın Mil-Muğan bürosunun əldə etdiyi məlumata görə, hadisə Saatlı rayonu ərazisində baş verib.
Saatlı Rayon Polis Şöbəsinə müraciət edən şikayətçi evə gedmək üçün əyləşdiyi taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.
Şikayətlə bağlı araşdırmalar aparılıb və sürücü, 23 yaşlı O.Məhərrəmov saxlanılaraq polis şöbəsinə gətirilub. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə O.Məhərrəmov 8 sutka inzibati qaydada həbs edilib.
25 Mart 17:27
1 337
25 Mart 15:08
1 351
25 Mart 15:03
1 358