İsrail Hərbi Hava Qüvvələrinin komandanı İrana qarşı əməliyyatlarda iştirak edib
Tramp: Üç gündə İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib, İranın hücumunu qınayıb
Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır
10 Fevral 11:17
1 407
Milli Aviasiya Akademiyasında (MAA) “Fevral məruzələri 2026: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı XI beynəlxalq elmi-praktik gənclər konfransı keçiilib.
Konfransda digər rəsmi şəxslər, yerli və beynəlxalq tədqiqatçılarla yanaşı Akademiyanın rəis müavini, professor Cəmilə Namazova da iştirak edib.
Konfransı giriş sözü ilə açan birinci prorektor, professor Ədalət Səmədov MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin iştirakçılara salamlarını və təbriklərini çatdırıb. Daha sonra məruzəçilərin elmi məruzələri dinlənilib.
3 gün davam edən tədbir çərçivəsində “Maliyyə uçotu” dərsliyi və “Auditdə iqtisadi təhlil” dərs vəsaitinin təqdimatı keçirilib. Təqdimat mərasimində rəis müavini Cəmilə Namazova da çıxış edərək kitabın elmi əhəmiyyətindən danışıb, onun müasir tədris və tədqiqat prosesində faydalı mənbə olduğunu qeyd edib.
Cavid
