Cəlilabad-Yardımlı yolunun bir hissəsi qar səbəbilə bağlanıb, kəndlərdə işıq kəsilib Hadisə

Cəlilabad-Yardımlı yolunun bir hissəsi qar səbəbilə bağlanıb, kəndlərdə işıq kəsilib

Ötən gün axşam saatlarından başlayan qar Cəlilabad və Biləsuvar rayonlarında bir sıra fəsadlar törədib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad–Yardımlı avtomobil yolunun dağlıq hissələrində yol bağlanıb, eləcə də Cəlilabad rayonunun 19-a dağlıq yaxın kəndində elektrik enerjisi verlişində fasilələr yaranıb.

Biləsuvarda isə güclü qar avtomobillərin hərəkətini çətinləşdirib, bir sıra ərazilərdə elektrik enerjisi verlişində fasilələr yaranıb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Bölgədə qarlı hava şəraiti davam edir.