SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
11 Fevral 11:32
1 722
Gürcüstanın Kaxeti bölgəsində 2022-ci ildə 1986-cı il təvəllüdlü Aydın Həmzəyevi qətlə yetirən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.
Gürcüstanın Baş Prokurorluğundan bildirilib ki, məhkəmədə ittiham olunan şəxsin 2022-ci ilin sentyabrın 21-də Saqareco rayonunun Keşəli kəndində Aydın Həmzəyevə odlu silahdan atəş açaraq onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirdiyi sübutlarla təsdiq edilib. Həmzəyev aldığı yaralardan hadisə yerində ölüb.
Təqsirləndirilən şəxs hadisədən iki il səkkiz ay sonra - 2025-ci ilin mayın 14-də saxlanılıb. O, qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmədə ittiham olunub. Tbilisi Şəhər Məhkəməsi onu ittihamlar üzrə tam təqsirli bilib.
Qeyd edək ki, Aydın Həmzəyev ailəli idi, onun iki azyaşlı övladı qalıb.
3 Aprel 17:44
1 099
3 Aprel 17:39
1 106
3 Aprel 15:53
1 211