SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
12 Fevral 19:35
2 030
COP29 Bakıda çox mühüm qərarların qəbul edilməsi ilə yadda qaldı.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMİDÇK / UNFCCC) İcraçı katibi Saymon Stil Azərbaycanda keçirilmiş COP29 barədə danışarkən deyib.
O bildirib ki, COP29 Bakıda mühüm qərarların qəbulu ilə yadda qalıb və bu, danılmaz faktdır: “İnkişaf etməkdə olan ölkələr üçün illik maliyyə öhdəliyi 100 milyard dollardan 300 milyard dollara qaldırıldı. Bununla da bu sahəyə ayrılan vəsait üç dəfə artırılmış oldu. Məlumdur ki, inkişaf etməkdə olan ölkələr iqlim böhranı ilə mübarizədə ciddi çətinliklərlə üzləşirlər. Həm uyğunlaşma tədbirləri, həm də emissiyaların azaldılması istiqamətində maliyyə və texnoloji dəstəyə ehtiyac böyükdür. Qəbul edilən qərarlar məhz bu boşluğun aradan qaldırılmasına və daha ədalətli iqlim maliyyələşmə sisteminin formalaşdırılmasına xidmət edir. Məncə, Bakıda başlayan bu məsləhətləşmələr bu il Antalyada davam edəcək”.
3 Aprel 17:44
1 106
3 Aprel 17:39
1 120
3 Aprel 15:53
1 218