Naxçıvanda gömrük postunda 41 kq metamfetamin aşkar edilib Hadisə

Naxçıvanda gömrük postunda 41 kq metamfetamin aşkar edilib

Xüsusi üsulla gizlədilmiş 41 kiloqramdan artıq maye halında metamfetamin aşkar edilib

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Ölkəmizdən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitəsi “Şahtaxtı” gömrük postunda gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinə aid qoşqudan, kustar üsulla hazırlanmış xüsusi saxlanc yerindən 20 ədəd plastik qabda maye halında, təmiz çəkisi 41 kiloqram 600 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Naxçıvanda gömrük postunda 41 kq metamfetamin aşkar edilibNaxçıvanda gömrük postunda 41 kq metamfetamin aşkar edilibNaxçıvanda gömrük postunda 41 kq metamfetamin aşkar edilibNaxçıvanda gömrük postunda 41 kq metamfetamin aşkar edilib