İsrail Hərbi Hava Qüvvələrinin komandanı İrana qarşı əməliyyatlarda iştirak edib
Tramp: Üç gündə İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib, İranın hücumunu qınayıb
Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır
17 Fevral 12:47
1 645
Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə edilib.
APA xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov "X" hesabında paylaşım edib.
“Bu gün Suriya Ərəb Respublikasında Elektrik Enerjisinin Ötürülməsi və Paylanması üzrə Baş Dövlət Müəssisəsinin baş direktoru, mühəndis cənab Xalid Əbu Di ilə faydalı bir görüş keçirməkdən məmnun oldum", - paylaşımda qeyd olunub.
Görüşdə mümkün əməkdaşlıq yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.