
Xızıda təmir zamanı maşın aşıb.
APA xəbər verir ki, hadisə rayonun Sitalcay kəndində baş verib. Ucar rayon sakini 1963-cü il təvəllüdlü Abuzər Həsənov “Hovo” markalı avtomobildə təmir işləri apararkən avtomobil üzərinə aşıb. Hadisə nəticəsində Abuzər Həsənov ölüb.
Faktla bağlı araşdırma aparılır.