17 Fevral 16:44
2 044
Qobustanda 4 kiloqram narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Hünər Quliyev, Sönməz Süleymanov və Fərid Əliyev saxlanılıblar. Onlardan 4 kiloqram narkotik vasitə marixuana və tiryək aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin narkotik vasitələri H.Quliyevin vasitəsilə İran vətəndaşından satış məqsədilə əldə etdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
25 Mart 17:27
1 344
25 Mart 15:08
1 365
25 Mart 15:03
1 379