Şəmkirdə kişi meyiti tapılıb Hadisə

Şəmkirdə kişi meyiti tapılıb

Şəmkirdə 36 yaşlı kişi meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Aşağı Seyfəli kəndində qeydiyyatda olan, Çinarlı qəsəbəsində yaşayan, 1990-cı il təvəllüdlü (36 yaş) Qurbanov Elçin Firudin oğlunun rayonun Abbaslı kəndi ərazisində meyiti tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.