Şahin Mustafayev: Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi başa çatıb Hadisə

Şahin Mustafayev: Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi başa çatıb

Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi artıq başa çatıb.

APA xəbər verir ki, bunu Bakıda keçirilən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclasında Baş nazirin müavini, Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev deyib.

O bildirib ki, sərhəd-gömrük infrastrukturunun inşası tamamlandıqdan sonra körpünün istismara verilməsi nəzərdə tutulur.

Şahin Mustafayev qeyd edib ki, sözügedən layihə Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla ən qısa və səmərəli marşrutla birləşdirəcək, eyni zamanda, Fars körfəzi ilə Qara dənizi əlaqələndirən əlverişli avtomobil marşrutunun mühüm tərkib hissəsini təşkil edəcək.