11:00
630
Amnistiya aktının tətbiqi nəticəsində 878 nəfər şərti cəzadan azad edilib.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Eliyev deyib.
Qeyd olunub ki, həmin şəxslərdən 826 nəfəri azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilənlər, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə salınan, 52 nəfəri isə digər cəzalara şərti məhkum edilənlər, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə salınan şəxslərdir.