12:45
609
“Şagirdlərin Maliyyə Mühəndisliyi” qrant layihəsi çərçivəsində növbəti təlim “Kiçik biznes modelinin qurulması və mənfəətin hesablanması” mövzusuna həsr olunub.
Təlim zamanı şagirdlər ilk olaraq biznes ideyasının seçilməsi və onun bazar ehtiyaclarına uyğunluğunun müəyyən edilməsi istiqamətində praktiki fəaliyyət həyata keçiriblər. Daha sonra məhsul və ya xidmət üzrə maya dəyərinin hesablanması, sabit və dəyişən xərclərin təhlili, satış qiymətinin formalaşdırılması və mənfəətin düzgün hesablanması qaydaları izah olunub.
Təlim prosesi şagirdlərin analitik düşünmə, planlaşdırma və maliyyə qərarvermə bacarıqlarının inkişafına mühüm töhfə verib. Mövzu çərçivəsində şagirdlər real biznes mühitinə uyğun maliyyə hesablama bacarıqları əldə edərək iqtisadi düşüncə tərzini daha da formalaşdırıblar.
Xatırladaq ki, “Şagirdlərin Maliyyə Mühəndisliyi” qrant layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş və Goranboy rayonunda uğurla icra edilir.

