SOMDA-nın əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər Hadisə

SOMDA-nın əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyi və şəxsi heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Anım tədbiri Agentlikdə davam etdirilib. Tədbirdə faciə zamanı doğmalarını itirən şəhər sakini İman Allahverdiyev çıxış edib.

Sonra Xocalı faciəsindən bəhs edən “Edam kötüyü” adlı sənədli film nümayiş olunub.

Qeyd edək ki, Agentliyin regional idarələrində də faciənin ildönümü ilə bağlı tədbirlər keçirilib.