Emin Əmrullayev Türkiyənin və Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar - VİDEO
Sahibkarlıq sahəsində çətinliklərin aradan qaldırılması üçün normativ-hüquqi aktlar hazırlanacaq
Haaqanın baş kilsəsində Xocalı soyqırımının qurbanları yad edilib
17:21
707
Ermənistanın Baş naziri Nikol Paşinyan Polşaya səfəri zamanı Rusiya ilə münasibətlərini inkişaf etdirmək istədiklərini deyib.
Məsələ ilə bağlı xalqcebhesi.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Paşinyanın açıqlaması açıq görünür ki, Rusiyanı sakitləşdirmək siyasətidir: “Mən düşünmürəm ki, Ermənistan Rusiya ilə münasibətlərini Paşinyan olduğu müddətdə normallaşdıra. Çünki yaxşı başa düşür ki, onun hakimiyyətinə ən böyük təhlükə, təhdid elə məhz Rusiya tərəfindən gəlir və bu, ciddi bir siqnaldır. Paşinyan bilir ki, Rusiya ilk fürsətdə onu hakimiyyətdən salmaq istəyir. Ona görə də ümumi sözlərdən ibarət fikir bildirir və eyhamın da vurur ki, Azərbaycanla atəşkəsin əldə edilməsində Rusiya iştirak etdi. Yəni bu, açıqca o deməkdir ki, Rusiya bizi tək qoydu, sadəcə olaraq biz buna fikir vermirik. Yəni bir növ bu fikri yürütməyə çalışır. O baxımdan mən düşünmürəm ki, Ermənistanla Rusiya arasındakı münasibətlərin normallaşması daha yuxarı səviyyəyə qalxacaq, elə indiki vəziyyətlə heç də fərqli olmayan bir vəziyyət olacaq. Münasibətlər onsuz da gərgindir”.
S.Hümbətov qeyd edib ki, hətta yaxşılaşma istəsə belə bunun Azərbaycanla Ermənistan arasındakı münasibətlərə hər hansı təsiri olmayacaq: “Sülh prosesinin pozulacağını da düşünmürəm. Çünki artıq sülh müqaviləsinin imzalanması ilə bağlı oturuşmuş bir sistem var. Digər tərəfdən isə Azərbaycana qarşı hər hansı bir təhdid olacağını da düşünmürəm. Çünki Azərbaycan artıq ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb. Bütün bunlar hamısı önəmli məsələdir və mən düşünmürəm ki, hər hansısa formada Azərbaycana təsir edə bilsin”.
Röya İsrafilova