Küveytdən İrana 24 saatlıq nota: Diplomatlar "arzuolunmaz şəxs" elan edildi
Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb
Ukraynadan daha bir qrup uşaq reabilitasiya məqsədilə Azərbaycana gətirilib
"EgyptAir" şirkəti İranın zərbələri səbəbindən Küveytə uçuşları ləğv edib
26 Fevral 15:24
8 533
Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının yenidənqurmadan sonra açılışı martın 26-da baş tutacaq.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Dağıstan Respublikasının mədəniyyət naziri Zarema Butayeva bildirib.
Onun sözlərinə görə, respublika rəhbəri Sergey Melikovla məsləhətləşmələrdən sonra teatrın 27 martda qeyd olunan Dünya Teatr Günündən əvvəl açılmasına qərar verilib.
Butayeva vurğulayıb ki, Rusiya teatr xadimlərinin 150 illik yubileyinin qeyd edilməsi, eləcə də Teatr Gecəsi ilə bağlı tədbirlər keçiriləcəyi üçün təntənəli açılış mərasimi 26 mart tarixində keçiriləcək.
Qeyd edək ki, Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrı XIX əsrin sonlarında yaranıb. Teatr 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət statusu alıb. Azərbaycan klassiklərinin əsərlərini səhnələşdirən bu teatrın binasının 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən qurulmasına başlanılıb.
2 İyun 20:00
5 964
1 İyun 18:57
1 806
1 İyun 16:22
1 834

