26 Fevral 12:52
3 794
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 378 ABŞ dollarından aşağı enib.
“APA-Economics” xəbər verir ki, 26 fevral tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə mart fyuçerslərinin qiyməti 377,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (378,5 dollar) ilə müqayisədə 0,4% azdır.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
11:25
728
27 Noyabr 17:54
1 022
27 Noyabr 16:47
1 022