ABŞ İrandan üç nüvə obyektinin ləğvini tələb edir Gündəm

ABŞ İrandan üç nüvə obyektinin ləğvini tələb edir

Amerika Birləşmiş Ştatları İrandan əsas üç nüvə obyektini sökməsini və bütün zənginləşdirilmiş uranı ABŞ-a təhvil verməsini istəyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ nümayəndələrinə Cenevrədə İranla danışıqlar zamanı tapşırılıb ki, “İrana açıq şəkildə bildirilsin ki, onun Fordo, Natanz və İsfahandakı üç əsas nüvə obyektini sökməsi və bütün zənginləşdirilmiş uranı ABŞ-a göndərməsi lazımdır”. Bundan əlavə, Vaşinqton İrana dair nüvə sazişinin müddətsiz olmasını tələb edir.

İran isə ABŞ-a təklif edir ki, Tehranın uran zənginləşdirmə səviyyəsi 60%-dən 1,5%-ə endirilsin və uran zənginləşdirilməsi yeddi il dayandırılsın.

Qəzetin qeyd etdiyi digər fikir ayrılığı nöqtəsi isə ABŞ-ın saziş bağlanarkən İran üzərində sanksiya təzyiqini minimal dərəcədə azaltmaq istəməsidir. Təbriz isə ABŞ-ın ölkəyə qarşı məhdudiyyətləri ciddi şəkildə yumşaltmasını tələb edir.

Məryəm Quliyeva