Emin Əmrullayev Türkiyənin və Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar - VİDEO
Sahibkarlıq sahəsində çətinliklərin aradan qaldırılması üçün normativ-hüquqi aktlar hazırlanacaq
Haaqanın baş kilsəsində Xocalı soyqırımının qurbanları yad edilib
16:56
651
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu çərçivəsində Türkiyənin ticarət naziri Ömər Bolat ilə görüşüb.
"APA-Economics" xəbər verir ki, bu barədə M.Cabbarov öz "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Dost ölkə ilə iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin və investisiyaların davamlı olaraq artırılması, biznes əlaqələrinin təşviqi üzrə hüquqi bazanın təkmilləşdirilməsi, enerji, sənaye istehsalı, nəqliyyat, logistika, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında fikir mübadiləsi apardıq. Müzakirələr çərçivəsində Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olunub", - deyə nazir qeyd edib.