14:49
693
Dünən saat 20:00 radələrində Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1977-ci il təvəllüdlü şəxs (kişi) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, ona çənənin kəsilmiş yarası diaqnozu təyin olunub.
Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
08:55
Füzulidə baş verən qəza zamanı 10-cu sinif şagirdi ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Qayıdış qəsəbəsi ərazisində baş verib.
Rayon sakini Ramil İbayev idarə etdiyi "VAZ"2107 markalı 90 FD 419 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən qarşısa gedən traktorun qoşqusuna çırpılıb. Nəticədə "VAZ"2107-də sərnişin olan sürücünün oğlu onuncu sinif şagirdi Zaur İbayev hadisə yerində həyatını itirib.
Ağır xəsarət alan sürücü Ramil İbayev isə Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.

.jpg)