Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
1 Mart 15:16
5 327
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo karyerasında unikal bir addım atmağa hazırlaşır.
İspaniya mətbuatı xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 41 yaşlı hücumçu İspaniyanın II Liqa təmsilçisi “Almeriya” klubunun həm sahibi, həm də futbolçusu ola bilər.
Ronaldu artıq klubun səhmlərinin 25 faizini satın alaraq onun ortaq sahibinə çevrilib. Ulduz futbolçu yalnız investor kimi qalmaqla kifayətlənməyərək, “Almeriya”nın heyətində meydanda çıxış etmək ehtimalını da açıq saxlayıb.
Klubun baş məşqçisi Rubi Ronaldunun mümkün İspaniyaya dönüşünü “fövqəladə və çox xüsusi hadisə” kimi qiymətləndirib. O, son qərarın futbolçuya məxsus olduğunu bildirib və əlavə edib ki, klubun istənilən baş məşqçisi onu böyük məmnuniyyətlə qarşılayar.
Qeyd edək ki, “Almeriya” hazırda turnir cədvəlində üçüncü pillədə qərarlaşıb və La Liqaya yüksəlmək uğrunda mübarizə aparır.
25 Sentyabr 15:27
1 078
25 Sentyabr 10:24
1 106
24 Sentyabr 16:18
1 449