11:44
1 141
İraqın aviasiya qurumları ölkənin hava məkanında uçuşlara qoyulan qadağanı daha bir sutka – 2 mart tarixinədək uzadıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a ölkə üzərindən hava hərəkətindən məsul olan Bağdad Uçuş Məlumat Bölgəsinin idarəetmə mərkəzindəki mənbə bildirib.
“Hava məkanı təxminən 2 mart saat 09:00 (Ümumdünya vaxtı) tarixinədək bağlıdır”, – deyə mənbə qeyd edib. O xatırladıb ki, əvvəllər ölkə üzərində uçuşların 1 mart saat 12:00-da bərpa olunması planlaşdırılırdı.
Məryəm Quliyeva