Azərbaycanda turizm "polis"i yaradılacaq Hadisə

Azərbaycanda turizm "polis"i yaradılacaq

Azərbaycanda turistlərin problemlərinin dinlənilməsi və həll edilməsinə kömək etmək üçün turizm "polis"i yaradılacaq.
Bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.
Aparat rəhbərinin sözlərinə görə, turizm "polis"ləri turistlərə xidmət göstərəcək şəxslər olacaqlar. Turistlər ölkədə olarkən, şəhərdə gəzərkən çətinlik çəkdiyi zaman bu xidmətlərdən istifadə edəcəklər.
K.Qasımov qeyd edib ki, ölkədə turistlərə xidmət göstərən dövlət qurumlarının bütün xidmətlərinin vahid mərkəzdən idarə olunması üçün "Qaynar xətt"in yaradılması nəzərdə tutulur: "Turist "Qaynar xətt"ə müraciət etməklə problemlərini həll edə, suallarına cavab tapa bilər. Bununla turistlə dövlət arasında əlaqə yaradılır ki, onların problemi daha çevik həllini tapsın".