Xaçmazda 28 yaşlı gənc bıçaqlanıb Hadisə

Xaçmazda 28 yaşlı gənc bıçaqlanıb

Ötən gün Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini - 1986-cı il təvəllüdlü İbadov Əziz Hacı oğlu bıçaqlanıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.