Niyə aldı, niyə satdı? Hadisə

Niyə aldı, niyə satdı?

Əli İsgəndərov: "Media qruplar, holdinqlər sadəcə biznes deyil"
İmdad Əlizadə: "Bu təbliğat tribunasının SOSAR-a nə üçün lazım olduğu aydın deyil"

"Star" Media Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey Enerji"nin media qrupda sahib olduğu payın hamısını alıb". Bunu Türkiyə "Star" Media Qrupu İdarə Heyətinin sədri, iş adamı Əthəm Sancak deyib. Sancak bildirib ki, məsələ heç bir anlaşılmazlıq olmadan həllini tapıb: "Biz onların qərarına sayğı ilə yanaşdıq. Hər şey dostluq şəraitində baş tutdu. SOCAR öz hissələrinin hamısını bizə satdı".
Qeyd edək ki, "Star" Media Qrupu 2013-cü ilin aprelində "Star" qəzeti və "Kanal 24" televiziyasının daxil olduğu "Star Medya Yayıncılık", "Star Medya Ajans", "Star Matbaacılık" və "Dinamik Radyo" şirkətlərinin hər birinin h0issələrinin 50%-ni "SOSAR Turkey Enerji"yə satıb. Lakin bir müddət əvvəl "SOCAR Turkey Enerji" media fəaliyyətindən çəkilmək barədə qərar qəbul edib.
ARDNŞ-ın Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev bildirib ki, şirkət beynəlxalq biznes şirkətidir və iqtisadi səmərəliliyindən asılı olaraq, təmsil etdiyi qurum müxtəlif aktivlər alır və iqtisadi cəhətdən sərfəli olduğu halda satır. Onun sözlərinə görə, bu, aktivlərin bazar qiymətinin dəyişkən olması və iqtisadi səmərəliliyi ilə əlaqədar məsələdir.
"SOSAR Turkey Enerji" şirkətinin rəhbəri Kənan Yavuz isə mediaya sahib olduqları müddətdə ona kifayət qədər vaxt və zaman ayıra bilmədiklərini deyib: "Türkiyənin ən böyük layihəsini həyata keçirdiyimiz üçün biz media layihələrindən çəkilməli olduq və bu layihələrdə daha böyük nəticələr əldə etmək fikrindəyik".
Maraqlıdır ki, "SOSAR Turkey Enerji"nin media fəaliyyətindən çəkilmək barədə qərarı Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində açıqlanıb.
SOSAR "Star" media qrupunu niyə aldı və niyə çatdı? SOSAR bu addımı hansı məntiqlə atmışdı və buna ehtiyac vardımı? Azərbaycan şirkətinin Türkiyədə media qurumuna sahiblənməsi qarşı tərəfin də eyni addımı Azərbaycanda atmasına imkan yaratmırmı?
Bunu şərh edən analitik Əli İsgəndərov bildirdi ki, media qruplar, holdinqlər sadəcə biznes deyil: "Nəhəng kapital sahibləri üçün nüfuzlu və imiclərini, digər sahib olduqlarını daha da gücləndirmə və qorumaq üçün sistemləşmiş vasitədir. Bu amilə əsasən media qrup sahibi yalnız üç halda onu satışa çıxara bilər:
1. Böyük maliyyə problemləri olduqda və bundan qurtulmaq üçün icra etmək istədiyi layihələrin ardıcıl effektsizliyi yaşandıqda.
2. Siyasi faktorlar. SOSAR dövlət şirkətidir, onun ölkə hüdudlarından kənarda həyata keçirdiyi istənilən layihə dövlət siyasətinin ziddinə ola bilməz. Odur ki, ikinci səbəbdən satışa çıxarılan bir şirkəti, qrupu almaq bizim həqiqətlərlə o qədər də uzlaşmır. Xüsusən də bu qardaş Türkiyədə baş verirsə. Azərbaycan- Türkiyə münasibətləri digər ölkələrlə və başqa dövlətlərin qarşılıqlı əlaqələrindən tam fərqlidir, siyasi-iqtisadi maraqlardan öndə qan qardaşlığı durur. Həmçinin STAR media qrupunun aksionerlərinin hər biri hazırkı hakim elitaya çox yaxın simalardır". Onun sözlərinə görə, prezident Ərdoğan özü və ailəsi Fəttah Tamincenin sahib olduğu otel şəbəkəsinin xidmətinə üstünlük verir. Eyni zamanda qrupun tam şəkildə və ya aksiya paketlərinin əksəri SOSAR-a satılmayıb: "Hazırda qrupun iki sahibi var ki, aksiyalar bərabər həcmdə bölünüb. Yalnız iki aksioner var: 50% Azərbaycan neft şirkəi SOSAR, digər 50% isə Ədhəm Sancağın mülkiyyətindədir ki, bu da bərabərhüquqlu idarəetmə deməkdir. Azərbaycan artıq bir neçə ildir ki, xarici sərmayəçi ölkəyə çevrilib. Enerji daşıyıcı layihələrdən başqa sahələrdə də kapital yatırımı bir mənalı şəkildə ölkənin qüdrətlənməsi,bir sıra rıçaqlara sahib olması deməkdir. "Bu müqavilə Türkiyənin də Azərbaycanda hansısa teleyayım və digər media qrumuna sahib olma imkanlarına əsas verirmi?" sualına qısa cavab verərdim. Bəli, pretentlər qarşılıqlı olur".
Araşdırmaçı jurnalist İmdad Əlizadə dedi ki, SOSAR son illərdə yalnız neft qaz sahəsi deyil baqa sahələrə də sərmayə yatırır: "Düzdür, SOSAR-ın bu fəaliyyətinə münasibət birmənalı deyil. İqtisadi ekspertlər hesab edirlər ki, şirkət dövlətin pulunu bir çox hallarda gəlir gətirməyən sahələrə yatırır, dövlətə ziyan dəyir. Türkiyədə media şirkəti almağın iki səbəbi ola bilərdi. Birincisi, gəlir əldə etmək. Çünki Türkiyədə media çox geniş və qazanc gətirən sahə hesab olunur. Baxmayaraq ki, son illərdə bu sahədə də vəziyyət dəyişib. Media şirkətləri tez tez satılır, gəlir əldə edə bilməyənlər media qurumlarını satmaq məcburiyyətində qalırlar. İkincisi, SOSAR Türkiyədə təbliğat tribunası əldə etmək istəyib. Düzdür, bu təbliğat tribunasının SOSAR-a nə üçün lazım olduğu aydın deyil. Həm də Türkiyədə bir televiziyanı təbliğat tribunasına çevirmək asan deyil. Amma Türkiyə Azərbaycanda eyni addımı ata bilməz. Səhv etmirəmsə Azərbaycan qanunvericiliyi buna imkan vermir".

Əli