Azərbaycanda “ağıllı” telefonların satış bumu Hadisə

Azərbaycanda “ağıllı” telefonların satış bumu

Smartfonların populyarlığı sürətlə artmaqda davam edir. İnsanlar ənənəvi kompüterlərdənsə, bu telefonlardan istifadə etməyə daha çox meyl göstərirlər. Məhsuldarlıq baxımından müasir smartfonlar eyni dəyərdə olan noutbuklardan heç də geri qalmır, əksinə, bəzən onları üstələyir də. Bir çox insanlar smartfonlardan təkcə veb-sörfinq, qiraət, oyunlar oynamaq, filmlər izləmək üçün deyil, həm də iş məqsədləri üçün istifadə edirlər. İstifadə sahələrinin bu cür kəskin artımı cihazların məhsuldarlığının xeyli dərəcədə təkmilləşdirilməsi və geniş ictimaiyyət üçün əlçatan olan münasib qiymətli smartfon modellərinin kütləvi buraxılışı sayəsində mümkün olub. Qiymətinin ucuzluğuna baxmayaraq əksər tapşırıqların öhdəsindən gəlmək üçün bu telefonların texniki baxımdan kifayət qədər münasib olduğu artıq sübut edilib.
Ümumi satış həcmində təkcə münasib qiymət kateqoriyasından olan (100-150 manatdan aşağı) cihazların payının artması sayəsində smartfon bazarı ötən il Azərbaycanda xeyli inkişaf edib. Bununla belə, smartfonların uğuru və şahidi olduğumuz yüksək satış nəticələri onu göstərir ki, brendin məhşurluğundan və yüksək funksionallığından bəhrələnmək üçün müştərilər qiymətdən əlavə məbləğ ödəməyə də hazırdırlar.
Smartfon xərclərinin artması istifadəçilərin öz adi çoxfunksiyalı telefonlarında (sadə telefonlarda) malik olmadıqları bəzi xüsusi və əlavə funksionallıqlara diqqətinin kəskin şəkildə artdığını əks etdirir. Hazırda taxma kamera, GPS, LTE (4G)-nin olması, ekranın ölçüsü və s. kimi amillər alış qərarına həmişəkinkən daha çox təsir göstərir.
Ümumiyyətlə, smartfonların Azərbaycanda ümumi telefon satışlarındakı payı ötən il (2013) 45%-dən 65%-dək yüksəlmib. Pərakəndə satış mağazalarının vitrinləri bu meylin bariz göstəricisidir; belə ki, bu vitrinlərdə əksərən "ağıllı" telefonlar nümayiş etdirilir. Bir çox pərakəndə satıcıların dediyinə görə, onların satışlarında ən böyük payı smartfonlar təşkil edir (təxminən 90%) və ən yaxşı satılan mallar qiyməti 200 manatdan aşağı olan telefonlardır.
Maliyyə şərtləri baxımından Azərbaycanda 2014-cü ilin birinci yarısı ərzində mobil qacetlər bazarının payı 2,38 milyon ABŞ dollarından çox təşkil edib (bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.5% çoxdur).
Mobil telefonların ümumi həcmi (2014-cü ilin yanvar-iyun aylarında təchiz edilmiş malların sayı) baxımından bazar dinamikasında satış tempinin azalması müşahidə edilir. Belə ki, ənənəvi mobil telefonlar seqmentində satış həcmi 21% azalıb, başqa sözlə desək, ötən il ərzində idxal olunmuş 52,2 min mobil telefondan 41,1 min cihaz satılıb. Satış dövriyyəsində mobil telefonların aylıq satış həcmi 398 min ABŞ dollarından artıq olub.
2013-cü ilin ikinci yarısında ənənəvi mobil telefonların (çoxfunksiyalı telefonların) istifadəsində azalma meyli smartfonların xeyrinə olaraq daha da güclənib. Smartfonların populyarlığının artmasının səbəbi əsasən münasib qiymətlərlə izah edilir. Belə ki, bu qiymətlər ən aşağı həddə - 70-100 manata çatıb ki, bu da 2013-cü ilin əvvəllərində mövcud olan qiymətlərdən 20% aşağıdır. Bu ilin (2014) əvvəllərindən başlayaraq qiyməti 100 manatdan aşağı olan smartfonların satışında artım pərakəndə sektorda satılan cihazların ümumi sayının təxminən 40%-ni təşkil edib (bu rəqəm 2013-cü ilin altı ayı ərzində satılan cihazların sayından təxminən 20% çoxdur).
Qiyməti 100 manatdan aşağı olan münasib qiymətli smartfonların yüksək satış həcmi bazarda ümumi artımın hərəkətverici qüvvəsinə çevrilib. İstifadəçilər artıq ənənəvi telefonlar almaq istəmir.
Yeni nəsil smartfon istifadəçiləri üçün kommunikasiya vasitələrinin seçilməsində əsas meyarlar bunlardır: yüksək sürətli internetə çıxış (3G/4G dəstəklə), çoxfunksiyalı kamera, iri tutum tələb edən oyunlar üçün yüksək məhsuldarlığa malik prosessor, ofis proqramları, ekranın ölçüsü və s.
Münasib qiymətli smartfonların populyarlığından danışarkən, qeyd etmək lazımdır ki, 2013-2014-cü illər ərzində münasib qiymət seqmentində ən yaxşı satılan mobil cihazlar Bakcell smartfonları olub. Bu uğurun səbəbi, əsasən, mobil telefonun cəlbedici xarici görünüşünə və funksiyalarına yeni funksiyalar paketinin əlavə edilməsi ilə bağlıdır. Qeyd etmək vacibdir ki, mobil telefonların satışı Azərbaycanın rayonlarında da geniş vüsət alıb və beləliklə, çoxfunksiyalı telefonlardan smartfonlara keçid prosesi kənd yerlərində getdikcə artan templərlə müşayiət olunub. Bir çoxları üçün bu proses Androidlə və zəngin imkanlı mobil cihazlarla ilk tanışlığı təmin edib. Sosial medianın gündəlik həyatımıza getdikcə artan nüfuzu, ayaqüstü baxıla bilən cihaza sahib olma ehtiyacı - bütün bunlar smartfonları kütlələrin bilavasitə diqqət mərkəzinə çevirir. Beləliklə, aşağı-orta diapazonlu smartfonlara artan tələbatı nəzərə alaraq, Bakcell 2014-cü ilin payızında müasir OEM standartları ilə paralel xassələrə malik olan bir neçə yeni maraqlı model təqdim etməyi planlaşdırır.
Ümumdünya standartlarına gəlincə, nüfuzlu beynəlxalq IDC agentliyinin proqnozuna görə, 2014-cü ildə dünya bazarlarına 1,25 milyard ədəd smartfon təchiz olunacaq ki, bu da 2013-cü ildə təchiz edilmiş 1,01 milyard ədəddən 23,8 faiz çoxdur. Əsas aparıcı məhsul Android cihazları olaraq qalır. Satış həcminin 85 faizinin məhz bu cihazların payına düşəcəyi gözlənilir.
Android sistemi bu platformanı dəstəkləyən bir neçə aparıcı cihaz istehsalçısı ilə hakim mövqe tutan əməliyyat sistemi olaraq qalmaqda davam edir. Bu seqmentdə əsas oyunçular Samsung, HTC, LG brendləridir. Bazarda mövqeləri və satış məsələlərində onların hər birinin özünəməxsus strategiyası olsa da, bu aparıcı bazar iştirakçıları ildən-ilə təkcə flaqman cihazlar hesabına bazarları "ələ keçirməyə" müvəffəq olmayıb, həm də münasib qiymətli və orta diapazonlu smartfon seqmentlərində əhəmiyyətli satış göstəricilərinə nail olublar. Hərçənd bunu da qeyd etmək lazımdır ki, Huawei, ZTE, Xiaomi, Oppo, OnePlus One kimi bir sıra Çin istehsalçıları da artıq bazarda öz yerlərini tutmağa başlayıblar və faktiki olaraq dünyanın məşhur brendlərini təqib etməkdədirlər.
Mobil smartfon sənayesinin ənənəvi yenilikçi şirkəti olan Apple 2007-ci ildə iPhone təqdim olunduğu vaxtdan etibarən ümumdünya smartfon bazarının əsas pay sahibinə çevrilmişdir. Bu məhsulların yaratdığı canlanmanın sönməkdə olduğunu söyləyən bir çox tənqidçilərin fikirlərinə rəğmən, iPhone 6 telefonlarının bu ilin payızında və 2015-ci il ərzində iPhone 5S telefonunun ötən ilki uğurlu satışlarını geridə qoyacağı gözlənilir.

Mobil proqramların bazar meylləri

Artıq sirr deyil ki, son illər ərzində mobil şəbəkə operatorlarının səsli rabitə və SMS/MMS gəlirlərində xeyli azalma baş verib. Bunun səbəbləri Facebook, Whatsapp, Skype, Viber və s. kimi tanınan OTT (Over The Top) xidmətləri ilə əlaqədar onların arasında gedən rəqabət və abunəçilər tərəfindən istehlak edilən rabitə xidmətlərinin strukturundakı dəyişikliklərlə bağlıdır.
Mobil operatorlar öz maliyyə hədəflərini qoruyub saxlamağa çalışarkən, mobil tətbiqetmə seqmentinin və onun infrastrukturunun inkişaf üçün yüksək prioritetli hədəflərdən biri olduğu qonşu bazar seqmentlərinə də nüfuz etməyə cəhd edirlər.
İlk əvvəl mobil məzmun və SMS və ya Mobil portal vasitəsilə VAS (Value Added Services - Əlavə Dəyər Xidmətləri) tədarükçüsü kimi tanınan mobil operatorlar sonradan öz xidmət təminatında dəyişikliklər etməli oldular. Bu günlərdə biz yeni mobil proqramların ərsəyə gəlməsinin şahidi oluruq. Atıq sizin elə bir proqramınız var ki, sizə havanın necə olduğunu və ya olacağını göstərir, sizin gündəlik ulduz falınızı sizə deyir, yaxud ən son və vacib xəbərləri sizə çatdırır. Hazırda mobil operatorlar öz abunəçilərinin ehtiyaclarını ödəmək üçün yeni məzmun bölgüsü modellərini fəal surətdə inteqrasiya etməkdədirlər. Operatorlar öz şəxsi internet/proqram mağazalarını yeni mobil məzmunlarla inkişaf etdirir, universal və ixtisaslaşdırılmış əlavələr gətirir, mobil proqramların təkmilləşdirilməsi, mobil proqram tərtibatçılarının xüsusi birliyinin təşkili üçün platforma tətbiq edir və s. işlər görürlər.
Bakcell mobil proqramların get-gedə artmaqda olan populyarlığına və proqram mağazaları, habelə mobil operatorlar vasitəsilə onların fəal təşviqinə əsaslanaraq Azərbaycanda mobil proqram bazarının inkişafını proqnozlaşdırır.
Mobil proqram bazarının inkişafının əsas hərəkətverici qüvvələri bunlardır: smartfon və planşet bazarı seqmentlərinin inkişafı, mobil cihazların köməyi ilə kommunikasiya xərclərinin azaldılması, mobil sosial şəbəkələrin artmaqda olan təsiri, elektron ticarətin inkişafı və s.
Mobil proqramlar mobil kartoqrafiya vasitəsilə müxtəlif proqram tapşırıqlarının həllinə və müəyyən konkret funksionallıqlara uyğun e-maillərin alınmasına kömək edir. Onlar mobil cihaz istifadəçilərinin həyatını yüngülləşdirmək, eləcə də mobil telefon sahibləri olan həmkarların gündəlik işinə və istifadəsinə uyğun qurulmaq üçün nəzərdə tutulub.
Bu gün mobil proqramlar öz populyarlığının zirvəsini yaşayırlar. Mobil proqram tərtibatçılarının sayı mövcud proqramların sayı qədər sürətlə artmaqdadır. Getdikcə daha çox şirkətin məşğul olduğu fəaliyyət sahəsində ona uğur qazanmağa və öz rəqiblərini geridə qoymağa kömək edəcək proqramçılar qrupuna malik olmaq ideyası cəlb edir. Əvvəllər mobil proqramlar bazarı mobil məzmun bazarı seqmentinin sadəcə bir hissəsi idisə, bu gün o, böyüyərək ayrıca bir tamölçülü seqmentə çevrilib. Mobil proqramlar bazarının əsas oyunçuları AppStore, Google Play, Windows Phone Store, Samsung Apps və digər internet-mağazalardır.
Bakcell Azərbaycanda mobil proqramların inkişafı üçün zəruri şəraitin yaradılması istiqamətində irəliləməkdədir. Şirkət mobil proqram tərtibatçıları üçün elə bir adekvat mühit yaratmaq əzmindədir ki, burada onlar öz həmkarları ilə qarşılıqlı münasibətlərdən faydalana və öz təcrübələrini bölüşə bilsinlər. Bundan əlavə, təkmilləşdirilmiş mobil telefon proqramlarının işlənib hazırlanması və yayılması üçün zəruri alətlər də onların sərəncamında olacaq.
Mobil proqram mühitində, eləcə də faydalı və uyğunlaşdırıla bilən proqramların yerli bazara çıxarılmasında Bakcell-in öhdəliyinin başlıca məqsədi kimi mobil proqramların dizayn layihələri şirkətin yeni təşəbbüsünün təməli olacaq.
Bakcell-in layihəsi elə bir fiziki məkanın yaradılmasına həsr olunub ki, layihə menecerləri işləmək, digər komandalarla ünsiyyət saxlamaq, layihə rəhbərləri və ekspertlərlə görüşmək üçün bu məkandan istifadə edə bilsinlər.
Texniki mütəxəssislər və marketinq ekspertləri tərtibatçılara yardım göstərmək və öz nou-hau və bacarıqlarını onlarla bölüşmək məqsədilə bu təşəbbüsdə iştirak etməyə dəvət olunacaqlar.
Bakcell-in Azərbaycanda gənc proqram tərtibatçılarını dəstəkləmək təşəbbüsü ilə çıxış etməsi ilk hadisə deyil. 2011-ci ildən etibarən Bakcell gənc proqramçıların və tərtibatçıların cəlb olunduğu layihələrə öz dəstəyini göstərir. 2011-ci ildə "Caspian Investment Center" ilə birlikdə Bakcell beynəlxalq "Mobil Monday" (MoMo) şəbəkəsinin - açıq ictimai platformanın emalatxanalarının təsis edilməsinə, eləcə də mobil kommunikasiyalar sənayesinin liderləri, tərtibçiləri və digər zəngin insanlar arasında əməkdaşlıq və biznes imkanlarının təşviqinə öz töhfəsini vermişdir. Azərbaycanda MoMo-nun əsas hədəfi mobil texnologiyalar sahəsində yerli və beynəlxalq bazarlarda tətbiq edilən texnoloji innovasiyalar vasitəsilə yenilikləri təşviq etmək, eləcə də yeni texnologiyaların köməyi ilə yeni layihələrin gerçəkləşdirilməsini dəstəkləməkdir.
İnnovasiyalar Bakcell şirkətinin fəaliyyətinin əsasını təşkil edir. Şirkətin məqsədi abunəçilər üçün daha geniş imkanlar yaradan yeni layihələrin həyata keçirilməsinə yardım göstərməkdir.
Azərbaycanda mobil telefon bazarı heç şübhəsiz qlobal tendensiyaları izləməkdədir və asanlıqla vurğulamaq olar ki, uğursuzluqlar və bazar payları beynəlxalq bazarlara görə müqayisə oluna bilər. Bazarda smartfonun qavrayış templəri, mobil OS-in nüfuzetməsi - Azərbaycan mobil bazarının bu başlıca göstəriciləri sənaye standartlarından çox da fərqlənmir. Bakcell, öz növbəsində, əsas diqqətini bazardakı yerli mobil proqramlarına və uğurlu firma telefonlarının növbəti girişlərinə yönəltməklə, mobil mühiti dəstəkləməkdə davam edir.