Prezident: Pakistan hərbçilərinin paradda iştirakı Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür Siyasət

Prezident: Pakistan hərbçilərinin paradda iştirakı Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür

Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir.

Bu sözləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib.

“Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”, - dövlət başçısı vurğulayıb.