ABŞ-da yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb Dünya

ABŞ-da yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb

ABŞ-ın Kentukki ştatında yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

APA xəbər verir ki, bu barədə Luisvill şəhərinin meri Kreyq Qrinberq öz “X” hesabında məlumat verib.

"Məlum qurbanların ümumi sayı 14-ə çatıb", - deyə o, yazıb.

Qeyd edək ki, UPS kargo şirkətinə məxsus yük təyyarəsi çərşənbə günü Luisvill hava limanından qalxdıqdan sonra qəzaya uğramışdı.