17:09
770
Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq ABŞ nümayəndəsinin ölkənin “böyük” karbon qazı (CO2) emissiyası ilə bağlı ittihamlarını rədd edib.
Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini "Sinxua" xəbər agentliyi sitat gətirir.
Onun sözlərinə görə, hakimiyyət iqlimlə bağlı bütün öhdəliklərini yerinə yetirir.
“Çin beynəlxalq ictimaiyyət tərəfindən tullantıların azaldılması üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün ən güclü iradəyə, ən qətiyyətli hərəkətlərə və ən görkəmli nəticələrə malik ölkələrdən biri kimi tanınır”, - diplomat bildirib.
Şuanq xatırladıb ki, Çinin qlobal iqtisadi artıma illik töhfəsi təxminən 30% səviyyəsində qalır, adambaşına düşən tullantılar isə dünyada ən yüksəklər arasında deyil.
Məryəm Quliyeva