NATO Qarabağda gərginliyin artmasından narahatdır Hadisə

NATO Qarabağda gərginliyin artmasından narahatdır

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin artmasından narahatlığını ifadə edib.
APA-nın "armenpress.am"a istinadən verdiyi məlumata görə, bu gün İrəvanda səfərdə olan C. Appaturay Ermənistanın müdafiə naziri Seyran Ohanyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
Görüşlər zamanı C. Appaturay NATO və Ermənistan arasında əməkdaşlıq məsələlərini, habelə bölgədəki vəziyyəti müzakirə edib.