Azərbaycanın İsveçdəki səfiri dəyişib Siyasət

Azərbaycanın İsveçdəki səfiri dəyişib

Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamla Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.