OPEC+ ölkələri avqust üçün yeni hasilat kvotalarını açıqladı
Almaniya Ukraynaya ən böyük hərbi yardım paketini maliyyələşdirəcək
"Real Madrid" Niderland millisinin müdafiəçisini transfer etdi
Slovakiyada sabiq baş nazirlərə verilən imtiyazlarla bağlı referendum baş tutmayıb
İsmayıllıda sürücü və sərnişinin öldüyü qəzanın səbəbi məlum olub
3 Avqust 2021 10:19
2 793
Beynəlxalq Respublika İnstitutu (IRI) Gürcüstanda ictimai rəy sorğusu keçirib.
"Xalq Cəbhəsi" Gürcüstan mediasına istinadən xəbər verir ki, rəyi soruşulanların 15 %-i Azərbaycanı ölkənin ən mühüm siyasi tərəfdaşı hesab edib.
Respondentlərin 60 %-i ABŞ-ı, 56 %-i Avropa İttifaqı, 32 %-i isə Ukraynanı Gürcüstanın ən vacib siyasi tərəfdaşı adlandırıb.
Türkiyəni ən mühüm siyasi tərəfdaş hesab edən sorğu iştirakçılarının göstəricisi 10 %, Ermənistanı ən mühüm siyasi tərəfdaş kimi görənlərin göstəricisi isə 5 % təşkil edib.
Rəyi soruşulanların 19 %-i Azərbaycanı Gürcüstanın ən mühüm iqtisadi tərəfdaşı kimi dəyərləndirib. Türkiyə ilə bağlı eyni göstərici 22 %, Ermənistanla bağlı isə 4 %-dir.
Sorğu bu ilin iyunun 15-dən 30-dək yaşı 18-dən yuxarı olan 1 500 respondent arasında üz-üzə müsahibə yolu ilə aparılıb.
Cavid
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib