Türkdilli yazılı ədəbiyyatın meydana gəlməsi Mədəniyyət
Aprınçur Tigin əski türk şeiri tarixində ilk şair kimi tanınır
V yüzildə türklər arasında iki cür yazı növü ilə yaranan ədəbiyyat mövcud idi. 1. Runik yazı - Göytürk yazısı. 2. Uyğur yazısı Oğuz türkləri Göytürk yazısından istifadə etdiblər ki, Orxon-Yenisey, Onkin, İrk Bitik və s. nümunələr bu yazı ilə tərtib olunub. XIX yüzilin sonlarında (1893) Danimarkalı şərqşünas V.Tomsen tərəfindən oxunub.
552-ci ildə əski türk dövləti Göytürklərin qurucusu İltəriş Kağan və onun oğlu müdrik dövlət başçısı kimi tanınan Bilgə Kağanın dövründə daş üzərində yazılıb. Göytürk yazısı 5 əsrdən çox fəaliyyət göstərib. Ev əşyaları, qapılar, geyim və bəzək şeyləri, məzar daşları, gümbəzlər, daş parçaları üzərindəki yazılar bu faktı sübut edir. XI əsrə qədər Göytürk əlifbasından böyük bir ərazidə yaşayan türklərin istifadə etdikləri tarixə məlumdur.
Mahmud Kaşqarlıdan başlayaraq bütün tədqiqatçılar göstərirlər ki, ərəb əlifbasından türklərin istifadəsinin tarixi XI yüzildən aşağı getmir. Başqa sözlə, türklər ərəb əlifbasından XI yüzildən başlayaraq faydalanmışlar. Türklər X əsrin ortalarında toplu halda İslam dinini qəbul edirlər və bu səbəbdən də XI əsrdən başlayaraq ərəb əlifbasına keçirlər. Buna görə də belə bir səhv qənaət meydana gəlmişdi ki, köçəri halda yaşayan türklərin XI yüzildən əvvəl yazısı olmayıb. Guya yazı mədəniyyətini türklərə İslam dini verib. Azərbaycan türklərinin ədəbiyyatının qədim dövrü ilə bağlı isə belə bir qənaət var idi ki, ərəb əlifbasına keçməmişdən əvvəl Alban və Pəhləvi əlifbalarından yararlanıblar. Lakin bu əlifbalarla türk dilində heç bir ədəbi əbidənin, yaxud digər yazı faktının olmadığını görürük. Y.V.Steblevanın "VI-VIII əsrlərdə türklərin poeziyası" (1965) kitabında Orxon-Yenisey abidələrini şeir nümunələri kimi təqdim edir. V.Jirmunski və A.Şerbak isə bununla razılaşmırlar. Jirmunski yazır: "Orxon və başqa əski türk runik yazıların mətnləri şeir mətnləri deyil, nəsr mətnləridir". A.M.Şerbakın dili ilə desək, "Abidə mətnləri normal nəsr nümunələridir". F.Korş bildirir ki, Orxon-Yenisey abidələrində şeir parçaları da verilib. Məsələn: "Üzə Tenqri basmasar, Asra yır telinməsər". Çin mənbələrində Nun dövrü şairlərindən parçalar verilir: "Yengişan dağlarını itirdik, Qadınlarımızın gözəlliyini aldılar. Silanşan yaylasını itirdik, heyvanları otardığımız yerləri aldılar". Qeyd olunur ki, bu şeir parçası miladdan öncə ikinci əsrdə 119-cu ildə yazılıb. Nəhayət, Avropa alimləri A.Fon Lekok, V.Vanq, A.Fon Qaben və b. əsgi türk şeirinin toplanması və nəşri ilə məşğul olmuşlar. 1919-1930-cu illərdə topladıqları materialları geniş şərhlərlə nəşr etdirmişlər. Bu işi Türkiyədə Rəşid Rəhməti Arat davam etdirib. Ötən əsrin 30-cu illərindən başlayaraq o, əvvəl V.Vanqla birlikdə, sonra 1965-ci ildə isə özü tək "Əski türk şeri" adlı bir kitab çap etdirib. Beləliklə, Manihey, Hoço, Himn, Turfan, Uyğur şeirləri aşkarlanıb. Manihey II əsrdə Yaxın Şərqdə meydana gələn məlum dini ədəbiyyatdır. Dünyanın mahiyyətində əzəldən xeyirlə şərin varlığı düşüncəsinin mövcudluğuna çalışan həmin təlim Çində, Orta Asiyada, türklərin yaşadıqları digər yerlərdə yayılıb. Himn - avropalılar tərəfindən əski türk şeir şəkillərindən birinə verilən addır: "Tan Tanrı gəldi, Tan Tanrının özü gəldi, Tan Tanrı gəldi, Tan Tanrının özü gəldi. Qalxın, bütün bəylər, qardaşlar, Tan Tanrını gəlin öyək. Görən Günəş tanrı, Siz bizi qoruyun! Görünən Ay tanrı, Siz bizi qurtarın! Tan Tanrı, Gözəl qoxulu, müşk qoxulu, Parıltılı, işıqlı, Tan Tanrı! Tan Tanrı! Tan Tanrı səhər tanrısıdır, şeir onun şanına yazılmış nəğmədir. İnsan bir yerə toplaşıb sabahın açılmasını, səhər Tanrısının gəlməsini gözləyirlər. Səhər tanrısı gələndə insanlar onu öyən nəğmələr oxuyurlar"...
Bir cəhət maraqlıdır ki, Azərbaycan türkləri Səhər tanrısının əski çağlardakı adını (Tan) bu gün də canlı danışıqda işlənən ifadələrində yaşadır. Bizdə səhərin açılmasını bildirən "dan sökülür" kəlmələri işlənir. Yaxud "dan yeri qızarır" deyə havanın işıqlaşmasını izah edirik. Sual ortaya çıxır: bu fikirlərdəki "dan" sözü nə deməkdir? Əlbəttə, dilçilərimiz başq sındırsalar da, optimal izahını verməmişlər. Bizcə, "dan" elə əski çağlardakı "Tan tanrı"dır. Kar samitin sonralar cingiltiləşməsi halları ilə çox rastlaşırıq. Eləcə də xalq arasında həmin şeirlə səsləşən "Gün çıx, gün çıx" çağırışı da məhz səhər erkən insanların bir yerə toplaşaraq tanrıya müraciətlə oxuyurdular.
Bəs nə üçün "dan yeri qızarır" deyirik? Ona görə ki, Tan Tanrı - səhər tanrısı gəlməmişdən qabaq onun üfüqdəki yeri işıqlanır. Deməli, əski çağlarda Tan/Dan tanrısının yeri, yurdu mənasında başa düşülürdü. İkinci şeirdə Mani adı xatırlanır və bu, Günəş, Ay və Səhər Tanrısına müraciətlə oxunan nəğmədir: "Tanrı, nurlu, qüdrətli bilgəyə yalvarırıq, Günəş və Ay tanrılarına rica edirik. Şimşək tanrı, törə səadəti, Mar Mani və Peyğəmbərlərə. Səadət niyaz edirik, ey tanrı! Vücudumuzu qoruyun! Ruhumuzu xoş, sərbəst buraxın! Səadət niyaz edirik nurlu tanrılardan, Gəlin təhlükələrdən uzaq duraq. Sevinc içində olaq".
Üçüncü şeirin müəllifi də bəllidir - Aprınçur Tigin. Bu şeir Turfan mətnləri arasında imiş. Kağız üzərində uyğur əlifbası ilə yazılıb. Mədhiyyə xarakterindədir, burada da Mani öyülür: "Bizim tanrımızın yaxşılığı cövhərdir derlər, Cövhərdən də üstündür mənin gözəl tanrım, alpım, qüdrətlim! Cövhərdən də üstündür mənin gözəl tanrım, alpım, qüdrətlim! Almaz üçün bilinmədən kəskin deyərlər Almaz üçün bilinmədən kəskin deyərlər. Almazdan daha kəskin mənim bildiyim, əsilim, işığım, Almazdan daha kəskin mənim bildiyim, əsilim, işığım".
Aprınçur Tigin əski türk şeiri tarixində ilk şair kimi tanınır. Onun sevgi haqqında da şeirləri var və üçlük şəklindədir: "İstəklimi düşünür, həsrət çəkirəm, Həsrət çəkdikcə, qaşı gözəlim, qovuşmaq istəyirəm".
Belə şeirlərində şair pərilərdən, mələklərdən güc, qüvvək istəyir: "Qüdrətli mələklər qüvvət versinlər, Gözü qaram ilə Gülə-gülə oturum"... Mani mühitində yaranan müəllifi bəlli olmayan iki şeirdən biri ölüm haqqındadır: "Əsil, bilgə insanlar toplanaq, Tanrının kitabını dinləyək. Dörd hakim tanrıya tapınaq, dörd böyük əzabdan qurtaraq".
"Dörd hakim tanrıya", "Dörd böyük əzab" fikirləri göstərir ki, türklərin özünəməxsus mifik dünyagörüşü olub. Dünya xalqlarının mifologiyasında sayı 12, 9, 7, 5, 3 (triada), 2 (dual) və nəhayət, 1 (tək-mono) tanrılardan bəhs edildiyi məlumdur. Olimp tanrılar panteonunun sırası daha çoxdur.
Misirdə Doqquz Böyük tanrının dünyanı yaratması haqqında təsəvvürlər var. Atəşpərəstlikdə və Maniheydə iki tanrı qarşılaşması (xeyir və şər) özünü göstərir. Bəs türklərin əski çağlarda inandıqları "dörd hakim tanrı" nə deməkdir? Şumer mədəniyyətinin türklərə məxsusluğunu irəli sürənlər məhz ilkin dünyagörüşü sistemlərində özünü göstərən səsləşməyə diqqət yetirməlidirlər. Belə ki, b.e.ə. XIV-XIII yüzilliklərdə şumer-akkad mədəniyyəti hurritlərə, Hurrit mədəniyyəti isə hetlərə güclü təsir göstərib. Əski türklərin yaşadıqları Boğazköydən tapılan het hökmdarlarının arxivində, qədim hurrit mətnlərinin surətində Bilqamış eposunun hurrit versiyasına, Akkad padşahları haqqında hekayətlərin hurrit variantlarına, hett tərcümələrinə, eləcə də hurritlərin öz qoşmalarına - "Göydə hökmranlıq haqqında dastan" və "Ullikummi barədə nəğmələr"ə rast gəlirik. Son iki əsərin yazılma tarixi miladdan əvvəlki 1400-cü ildən 1200-ci ilə qədərki dövrə aiddir. Maraqlıdır ki, "Göydə hökmranlıq haqqında dastan"da şumer-akkad və vavilyon eposları ilə səsləşən dünyanın yaranması mifi var ki, məhz həmin mətnlərdə dörd tanrı nəslinin bir-birini əvəzləməsindən söhbət açılır.
Çin mənbələrindən türklərə aid nəğmədəki "Dörd hakim tanrı" ilə Boğazgöy arxivindəki eposlardakı dörd böyük tanrının üst-üstə düşməsini təsadüfi saymaq olmaz. Diqqət yetirin, ilk türk şeirlərində dörd hakim tanrı - Günəş, Ay, Şimşək/Tufan, Göy/Havadır. Boğazgöy mətnlərindəki Birinci tanrı - Alaludur. Şumerlərin Enlili ilə uyğun gəlir. İkincisi, onu taxtdan salan tanrı - Anu. Şumerlərin Göy tanrısı Anla eynidir. Üçüncüsü, tanrı Kumarbi - dağ, qaya, yer deməkdir (Anunun qenitali dişlədiyi üçün üç tanrıdan hamilə qalır, sonra onun kəlləsindən törəyirlər). Dördüncü nəslin nümayəndəsi doğulanlar arasından çıxan Tufan tanrısı Teşubdur: "Dörd hakim tanrını tanımayanlar öləndə cəhənnəm əzabına düçar olacaqlar. Dörd hakim tanrını inkar edənlər, Tanrının sözünü qiymətləndirməyənlər. Qaranlıqda şeytanlara tapınarlar, on minlərlə günah işlədərlər! Sonunda insanın yenə bu ölməsi var, qaranlıq cəhənnəmə düşməsi var. Qaranlıq gecə kimi üzərinə çökər deyirlər, sinəsində oturub dəlik-deşik edər deyirlər, inkarçı ruhlar kənara çıxar deyirlər".
Göründüyü kimi, qədim çin və runik türk əlifbası ilə yazı yaddaşına göçürülən türk ədəbiyyatı uzun bir tarixi yol keçərək orta əsrlərdə Mahmud Kaşqarlı, Yusif Balasaqunlu kimi möhtəşəm qələm ustalarını, "Dədə Qorqud" tək nəhəng abidəni meydana gətirib, türkdilli xalqların müştərək dövründən sonra (bu dövrü bəziləri XIII əsrlə - Həsənoğlu və "Dastani-Əhməd Harəmi" ilə, bəziləri XV-XVI əsrlə - Nəsimi, Füzuli və Şah İsmayıl Xətayi ilə, bəziləri isə XVIII əsrlə - Vaqif və Vidadi ilə əlaqələndirirlər). Lakin danılmaz faktdır ki, VII-X yüzilliklərdə Azərbaycan, eləcə də bütün türk aləmində oğuznamələr yaranıb və yazıya köçürülüb. Orta əsrlərdə Şərqdə ərəb və fars dilləri bütün müsəlman ölkələri üçün elmi və ədəbi dil sayılmağa başlanıb. Bu səbəbdən də uzun müddət tədris ərəb dilində aparılıb, ədəbi dil isə fars dili sayılıb. Təsadüfi deyil ki, XII yüzillikdə Xaqani və Nizami kimi qüdrətli Azərbaycan şairləri bu ənənəyə uyğun olaraq əsərlərini fars və türk dilində yaratmışlar. Lakin türkcə divaniləri hələlik tam şəkildə üzə çıxarılmayıb. B.Qaskoyn "Böyük moqollar" əsərində göstərir ki, Əmir Xosrov Dəhləvi mənşəcə türk olsa da, poemalarını fars, hind və urdu dillərində yazıb...
Ramazan Qafarlı,
filologiya elmləri doktoru, professor