

Ermənistanda fəaliyət göstərən Paşinyanpərəst siyasi insayderlər ona qarşı formalaşan revanşistlərin tezislərini yayıblar. O tezislərə görə:
- Əksəriyyəti “diasporda yaşayan” “Böyük Ermənistan”ın bərpasının tərəfdarları xüsusilə aqressivdirlər və onları Ermənistandakı həyatla heç nə bağlamır.
- Güya Azərbaycan və Rusiyadan sonra Ermənistanın dövlətçiliyi üçün ən böyük təhlükəni bu məsuliyyətsiz vətənpərvərlər qrupu təşkil edir.
- Bu marjinal qruplar Ermənistanda hakimiyyətə gəlsələr, dörd qonşumuza da ərazi iddiaları irəli sürəcəklər. Bu, Ermənistanın intiharı demək olardı. Bu gün onlar ən ucadan qışqırır, başqalarını xəyanətdə, əraziləri təslim etməkdə ittiham edirlər. Bu məsuliyyətsiz vətənpərvərlər beynəlxalq hüququ tanımırlar; dövlət sərhədlərini tanımırlar.
- Onlar hesab edirlər ki, Qarabağ Ermənistanın tarixi ərazisində yerləşdiyi üçün onu Azərbaycandan qoparıb müstəqil etmək arzusu qanunidir və nəyin bahasına olursa olsun, həyata keçirilməlidir.
- Eynilə, onlar hesab edirlər ki, Rusiya-Türkiyə arasında bağlanan Moskva və Qars müqavilələri qeyri-qanuni olduğundan - beynəlxalq subyekt olmayan qurumlar tərəfindən imzalandığından - Ermənistan onlara etiraz etməlidir.
- Bu avantüristlər “Qərbi Ermənistan”ın Ermənistan Respublikasına qaytarılmasını tələb edərək Türkiyəyə ərazi iddiaları irəli sürməkdən çəkinmirlər.
- Cavaxetiya Gürcüstanın nəzarəti altındadır, Azərbaycan Qarabağ və Naxçıvana nəzarət edir, tarixi Ermənistanın yeddi vilayəti və ya qondarma “Qərbi Ermənistan” Türkiyənin nəzarəti altındadır və Vaspurakan, Paytakaran və Sünik kimi tarixi erməni bölgələri İranın nəzarəti altındadır.
- Əgər biz “Böyük Ermənistan”ı bərpa etmək qərarına gəlsək, bütün qonşularımız bizə müharibə elan edəcəklər. Bu millətçi diskurs köhnəlmiş və təhlükəlidir. Bu dəlilikdir. Bu insanlar bu günün çətinliklərinə qalib gəlməyin zəruriliyini unudaraq keçmişin xəyalları ilə yaşayırlar.
- Əgər ifrat sağçı populist hökumətimiz olsaydı, Ermənistan daha böyük təhlükə altında olardı. Bu, Azərbaycanla daimi müharibə vəziyyəti demək olardı.
- “Dənizdən-dənizə” Ermənistan arzusunda olanlar Azərbaycanın müttəfiqləridir, çünki onların hərəkətlərinin nəticəsi Ermənistanın məhvinə gətirib çıxaracaq.
- Güya Rusiya Ermənistan-Azərbaycan sərhədində rus qoşunlarının yerləşdirilməsinə və Gümrüdəki 102-ci hərbi bazasına baxmayaraq, Ermənistanın təhlükəsizliyini təmin etməkdən imtina etdi. Rusiya Ermənistana yardım etmək üçün qoşun yeritməyə və Azərbaycan qoşunlarını Ermənistan ərazisindən çıxmağa məcbur etməyə borclu idi. Lakin Rusiya nəinki bundan imtina etdi, hətta Azərbaycanın hərbi fəaliyyətinin mövcudluğunu belə etiraf etmədi, Bakıya qarşı heç bir pisləyici bəyanat vermədi - bunu etmək məcburiyyətində idi. Rusiya Ermənistan-Azərbaycan sərhədinin mövcudluğunu belə tanımayıb.
Günahkar Rusiyadır, hətta ona ən sadiq insanları - Qarabağ ermənilərini də satıb.
"Ermənistan və Rusiya açıq və kobud şəkildə bir-birindən uzaqlaşdırılır və bir-birinə qarşı qoyulur. Bu yersiz vəzifəni yerinə yetirmək üçün müxtəlif siyasi manipulyasiyalar, informasiya əməliyyatları, açıq-saçıq yalanlar və böhtanlardan istifadə olunur.
Kopırkin – Rusiyanın İrəvandakı səfiri belə deyir, lakin ona da deyirlər ki, Ermənistan-Rusiya münasibətlərindəki gərginliyə görə Qərbi günahlandırmamalıdır.
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Aqasandyan deyib: "Ermənistan tərəfindən birlik müqaviləsini (Avrasiya İB) pozduğu halda üzv dövlətlərin maraqlarını qorumaq üçün beynəlxalq hüquqi sənədlər var". "Əgər İrəvan AİB-ə uyğun gəlməyən normalara görə cəzalandırılsa, deməli qurumdan da qovulacaq. Rusiya bunu ona görə edir ki, martın 26-da Ermənistan Milli Assambleyası "Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinə başlamaq haqqında" qanun layihəsini ikinci və yekun oxunuşda qəbul etdi. Aprelin 4-də prezident Vaaqn Xaçaturyan qanunu imzaladı, beləliklə, Rusiya rəsmiləri (bəzən erməni soyadları ilə) Ermənistanın AB-yə üzvlüyünə doğru irəliləyəcək mənfi ssenariləri xatırlatmaqda davam edir. Aİ Ermənistanı öz sıralarına qəbul etmək qərarına gəlsə, İrəvan AİB-dən qovulacaq.
Keçək digər məsələyə:
İcazə verin sizə bir sirr açım: Bilirsiniz niyə Azərbaycan Rusiyanın Ermənistan üzərindən Naxçıvana gedən dəhlizə nəzarət etməsinə prinsipcə razıdır? Ona “Zəngəzur dəhlizi” deyirlər. Çünki Azərbaycanda da bilirlər ki, nə vaxtsa Rusiya sülhməramlılarını o dəhlizdən çıxaracaq, onda da özü nəzarətə götürəcək.
Bəs Ermənistan niyə ruslardan qaçarkən, bölgəni başqa bir gücə AB-nin Mülki Missiyasına qurban verməyə can atır?
Digər tərəfdən son günlərdə yaşanan İsrail – Türkiyə gərginliyinə mövzu olan İsrail Baş nazirinin alınmayan səfərini ermənilər dərhal düşündülər ki, Türkiyəyə qarşı istifadə edə bilərlər.
Çünki Ermənistan Yunanıstanla, Yunanlar İsraillə müttəfiqdir, deməli Türkiyə amilinə görə Ermənistan İsraillə dost ola bilər.
Növbəti məsələ:
Sülh niyə gecikir? - Səfir Elin Süleymanov Britaniyanın “Teleqraf” Agentliyi üçün açıqlamasında bildirir ki, Ermənistana sülh təklif etmişik, cavab gözləyirik. Və o kənardan gələn ideoloji təhlükələrə görə İrəvana qarşı xəbərdarlıq edib. Eyni zamanda “Üçüncü tərəflərin vasitəçiliyinin səmərəsizliyi və + Minsk qrupu” məsələsinin həll olunmasına diqqət çəkib. Daha sonra indiyə qədər bağlanan razılaşmalara görə deyib ki, “ bir imzalanmış sənəd kifayət deyil”: ”həqiqi normallaşmanın qarşısında duran əsas maneələrdən biri kimi Ermənistan Konstitusiyasıdır”.
Dərhal Nikol Paşinyan da etiraf etdi ki, Azərbaycanın öz torpaqlarını azad etməsi Ermənistana diqqəti öz suverenliyinə yönəltmək imkanı verib və ona xarici siyasət manevrləri üçün daha geniş imkan yaradıb.
O, həmçinin əlavə edib ki, “hətta ən qızğın erməni millətçiləri belə, görünür, uzun sürən münaqişənin köklü səbəbinin etnik mənsubiyyətə əsaslanan dar siyasət olduğunu anlamağa başlayıblar”.
Və Nikolun özü və əleyhdarları 1994-cü il mayın 5-də Rusiya, Qırğızıstan və MDB Parlamentlərarası Assambleyasının vasitəçiliyi ilə Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan və Ermənistan Azərbaycan-Qarabağ münaqişəsinin həlli tarixinə “Bişkek protokolu” kimi daxil olan sənədi müzakirəyə açıblar. Həmin protokol əsasında həmin il mayın 12-də tərəflər müddətsiz atəşkəs haqqında razılığa gəliblər.
Nikolun tərəfdarları sitəm edir ki, protokol müharibəyə başlayan Azərbaycan tərəfinin xeyli itki verdiyi bir dövrdə imzalanıb. “Dağlıq Qarabağ Respublikası” parlamenti spikerinin keçmiş müşaviri, Bişkekdə keçirilən iclasın iştirakçısı Vasili Atacanyanın sözlərinə görə, “Bakının hərbi-siyasi kampaniyasının fiaskosu yaxınlaşırdı və hərbi əməliyyatların davam etdirilməsi Azərbaycanı yeni ərazilərin itirilməsi, həyati əhəmiyyət kəsb edən su kəmərləri, enerji və qaz kəmərləri, böyük qaz kəmərləri və s. ələ keçəcəkdi və başda da bütün bu infrastrukturun mərkəzi olan Gəncə.
Guya burda
Vasili Atacanyanın sözlərinə görə, məhz “DQ”ni tamhüquqlu tərəf olması və həmin dövrün bütün razılaşmalarının iştirakçısı olması konkret nəticə əldə etməyə imkan verib. Onun iddiasına görə, Bişkek protokolu “DQR”nin danışıqlar prosesində bərabərhüquqlu subyekt və münaqişənin beynəlxalq səviyyədə tanınmış tərəfi statusunu təsdiq edən beynəlxalq sənədə çevrilib.
“Müzakirə uzun çəkdi, guya dəfələrlə Azərbaycan nümayəndəsi tərəfindən kəsilib, o, hər dəfə fasilə tələb edir, tək bir yerə gedib Prezident Heydər Əliyevlə məsləhətləşir, sonra qayıdıb, razılaşır və ya razılaşmazdı”,-deyə parlamentin spiker müşaviri söhbətində bildirib. – Mətnin təsdiqi çox çətin idi. Azərbaycan sonda mətnin redaktə edilmiş yekun variantına razılıq versə də, Bişkekin özündə Azərbaycan nümayəndə heyəti digər tərəflərdən fərqli olaraq protokolu imzalamayıb. Azərbaycan parlamentin spikeri Quliyevin təmsil olunduğu protokolu cəmi bir neçə gün sonra Bakıda imzalayıb.
İndi əsas sual gündəmə sürülür?
Siz ölkəni onda niyə Əliyevə təslim etmisiniz?
Günün sualı isə budur:
Paşinyanın gündəliyi sülhdür, yoxsa seçki?
Ermənistan seçkiqabağı təlatümlü dövrə hazırlaşır.
Paşinyan kimlə savaşa gedəcək?
Gördünüyü kimi, indilik millətçilərə qarşı müharibəyə başlayıb.
Ermənistanda parlament seçkilərinə bir ildən çox vaxt qaldığı bir vaxtda müxalifət xadimləri və bəzi analitiklər baş nazir Nikol Paşinyanın yenidən seçilmək perspektivlərini getdikcə daha çox sual altına alırlar. Tənqidçilər onun geniş şəkildə təbliğ edilən sülh gündəmini yerinə yetirmədiyini və 2023-cü ilin sentyabr ayının sonlarında keçmiş sovet dövründəki Dağlıq Qarabağ Muxtar Vilayətindən (DQMV) etnik ermənilərin qaçqın düşməsinə görə məsuliyyətə cəlb edilməli olduğunu iddia edirlər.
Bəziləri iddia edir ki, 2020-ci ilin noyabrında baş nazir Paşinyanın razılaşdırılmış iki nəqliyyat əlaqəsinin - Ermənistandan Qarabağa və Azərbaycandan Naxçıvana - qarşılıqlı xarakter daşıdığını etiraf etməkdən imtina etməsəydi Laçın dəhlizi ucbatından, son nəticədə Qarabağın etnik erməni siyasi qurumu kimi məhv olması ilə nəticələnməzdi və üçtərəfli atəşkəs bəyanatının mürəkkəbi quruduğundan bunu proqnozlaşdırmaq olardı. Paşinyan Qarabağın tamamilə itirilməsindən istifadə edərək siyasi müstəviyə keçməli, diqqəti yalnız Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində gələcəyini təmin etməyə yönəltməyin vaxtını bəyan etməli idi. Erməni müxalifəti isə iddia edir ki, bu nəticə Avropa İttifaqı və ABŞ-ın dəstəyi ilə Rusiyanın strateji əhəmiyyətli Cənubi Qafqazda təsirini azaltmaq və ya aradan qaldırmaq məqsədi daşıyırdı.
Köçəryan və Sarkisyanın rəhbərliyi altında daha iddialı müxalifətin dirçəlişi proqnozlaşdırılsa da, daha az gözlənilən detal Paşinyanın böhrandan sonra təkrarlanan siyasi böhrandan ikinci dəfə sağ çıxa bilməsi idi. Bu ən çox 2024-cü ildə revanşist din xadimi olan arxiyepiskop Baqrat Qalstanyanın və Ermənistanda Avropa İttifaqının missiyası (EUMA) heç vaxt bacarmayacağı bir proses oldu.
Daha bir ciddi sual:
Sülh niyə real görünmür?
Yaxud savaşmaq üçün sülh bağlamaq Ermənistanda kimin məntiqidir?
Sülh məğlubiyyət sənədidirmi?
Ermənistanın belə bir konstitusiya referendumunu nə vaxt keçirə biləcəyi və ya daha önəmlisi, Ermənistan ictimaiyyətinin Qarabağ bölgəsinə olan iddiasının qaldırılmasına dəstək olub-olmayacağı bəlli olmadığından, yaxın gələcəkdə davamlı sülhə nail olmaq mürəkkəb və qeyri-müəyyən görünür.
Ermənistan hökuməti ərazi iddialarının aradan qaldırılmasının vacibliyini müəyyən qədər dərk etdiyini nümayiş etdirsə də, Ermənistanın siyasi və ekspert icması davamlı sülh və regional təhlükəsizlik üçün bu dəyişikliyin zəruriliyinə ictimaiyyəti inandırmaq üçün kifayət qədər öhdəlik götürməlidir.
Minsk qrupu
Bəs Minsk qrupu kimə lazımdır? Heç vaxt müdafiə etmədiyi Azərbaycana yoxsa məğlubiyyətə görə ittiham edildiyi Ermənistana? Oxşar çıxılmaz vəziyyət Azərbaycanın həllini istədiyi digər əsas məsələ ilə bağlı da müşahidə olunur: ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi, 30 ildir Azərbaycan və Ermənistan arasında vasitəçilik edən və sülhün əldə olunmasında müsbət rol oynamayan, əvəzində hər bir həmsədrə öz maraqlarını həyata keçirməyə imkan verən ATƏT-in Minsk Qrupunun formal olaraq buraxılması əla olardı. Ermənistan isə sülh müqaviləsi imzalamadan əvvəl bu məsələni həll edib-etməyəcəyinə əmin deyil. Bu günlərdə baş nazir Nikol Paşinyan qeyd edib ki, Minsk Qrupunun buraxılması üçün ATƏT üzvləri arasında konsensus lazımdır. Azərbaycanda bu, gələcəkdə Qarabağ məsələsinə yenidən baxılması üçün potensial mexanizm kimi Minsk qrupunun saxlanmasını dəstəkləyən Ermənistanın siyasi manevri kimi qiymətləndirilir. Bakı isə öz növbəsində münaqişənin yenidən alovlanması üçün istifadə oluna biləcək istənilən hüquqi və ya siyasi qeyri-müəyyənliyi aradan qaldırmağa çalışır.
Ermənistan ictimaiyyətinin sülhlə bağlı əsas islahatlara səs verməsinin gözlənildiyini nəzərə alsaq, bu dövrün əhəmiyyətini qiymətləndirməmək olmaz. Bu arada bir sıra siyasi təşəbbüslər də həyata keçirilə bilər. Birincisi, bir çox səviyyələrdə ikitərəfli qarşılıqlı əlaqələri gücləndirmək vacibdir.
Acı reallıq
Məntiqlə Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamamışdan öncə öz xalqı ilə müqavilə bağlamalıdır.
Paişnyan Azərbaycanla münasibətlərdən əvvəl revanşistlərlə müharibə aparmalıldır.
Belə ki, Nikolu sərhəddə sülh, Mərkəzdə müharibə gözləyir.
Ən son – Ermənistanı bu günlərdə bir çox ciddi həmlələr gözləyir.
Rusiya – seçkiqabağı geri dönür və artıq Koçaryan, Sarkisyan xətti akitvləşib. Ölkəyə Lavrovun səfəri gözlənilir, özün pis aparsa, KTMT və AİB-dən qovula bilər.
Türkiyə - Sülh vacibdir, ölkə acdır.
Çin – Prezident İlham Əliyevin səfərindən sonra bu ölkə güclü şəkildə Zəngəzura diqqət edəcək ki, araya Paksitan -Hindistan ziddiyəti girib.
Və nə nəhayət, İran.
O isə ...
İranın planları
İran Azərbaycan vasitəsilə Gürcüstanla quru əlaqəsi yaratmağı planlaşdırır. Bu barədə “Past” qəzeti yazır.
Erməni nəşri bildirir ki, bu halda Ermənistan növbəti dəfə Cənubi Qafqazda reallaşacaq beynəlxalq nəqliyyat dəhlizi layihəsindən kənarda qalacaq: “İranın yol və şəhərsalma nazirinin müşaviri Amin Taraffo Tehranın İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif etdiyini açıqlayıb. İran Qara dəniz limanlarına çıxış üçün Ermənistana paralel Gürcüstana alternativ yola sahib olmaq istəyir. İran-Azərbaycan dəmir yolu gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu və mövcud Bakı-Batumi, Bakı-Poti magistralları və digər logistik xətlərlə birləşdirilə bilər.
Hazırda İran və Azərbaycan Şimal-Cənub dəhlizini canlandırır. Azərbaycan ərazisi vasitəsilə Rusiyanı İrana və Fars körfəzindəki İran limanlarına birləşdirəcək dəmir yolu tikilir. Azərbaycan da öz növbəsində Sünikdən (Qərbi Zəngəzur) yan keçərək, İran ərazisindən Naxçıvan Muxtar Respublikasına çıxış əldə edir.
İran Gürcüstana çatmaq üçün Azərbaycanın logistik şəbəkəsindən istifadə etmək niyyətindədir. Gürcüstan da İranla əlaqələrin dərinləşməsində maraqlıdır və bu halda Azərbaycan yenidən tranzit dəhlizinə çevrilir, bu dəfə İran və Gürcüstan üçün. Ermənistan növbəti dəfə logistika layihələrindən kənarda qalır”.
Nəşr əlavə edir ki, Azərbaycanın Qərb, Şərq, Rusiya və İran üçün geosiyasi və geoiqtisadi əhəmiyyəti hiss olunacaq dərəcədə artır və çoxsaylı ölkələr üçün tranzit dəhlizinə çevrilir.
Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri