PKK fəaliyyətinə son verdi ... Gündəm

PKK fəaliyyətinə son verdi ...

PKK terror təşkilatının silahı buraxması, fəaliyyətinə son verməsi R.T.Ərdoğanın apardığı uğurlu siyasətin tərkib hissəsidir. Bu proses cənab Ərdoğanın növbəti seçkilərdə qalib gəlmək şanslarını artırmış olacaq.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, 40 il ərzində Türkiyəyə qarşı terror həyata keçirən PKK silahlı buraxdığını və hüquqi -siyasi müstəvidə mübarizə aparacağını elan edib. Kürdüstan Fəhlə Partiyası(PKK) uzun illər xarici ölkələrin Türkiyəyə qarşı təzyiq aləti olub:

"PKK buraxılması onun lideri Abdullah Ocalanla aparılan danışıqlar, Suriyada Türkiyənin qalib gəlməsi, həmçinin terror təşkilatına kifayət qədər zərbə vurmasıdir. Artıq yeni siyasi nizamin formalaşması fonunda Türkiyənin regional gücə çevrilməsi proseslərin axarını dəyişdi. Demək olar ki , Pkk lideri A.Öcalanın həbsdən çıxması gözlənilir. Onun Türkiyə parlamentinə seçilməsinə gəldikdə, bu olmayacaq. Bununla da Türkiyənin PKK terror problemi aradan qalxmış oldu".

Cavid