“Azərbaycan-ABŞ münasibətlərində yeni səhifələr açılacaq” Gündəm

“Azərbaycan-ABŞ münasibətlərində yeni səhifələr açılacaq”

“Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Azərbaycan-ABŞ münasibətlərində yeni səhifələr açılacaq, yeni əməkdaşlıq imkanları, perspektivləri yaranacaq”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Siyasi şərhçi qeyd edib ki, istər Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində, istər Cənubi Qafqazda sülh və sabitliyin mövcud olmasında, istər terrorizmə qarşı mübarizədə, Yaxın Şərq, Mərkəsi Asiya, Rusiya-Ukrayna müharibəsilə bağlı və digər regional, qlobal çalışmalarda biz ortaq Azərbaycan-ABŞ fəaliyyətlərinin, çalışmalarının izini, imzasını görə biləcəyik: “Bu mənada Donald Trampın 28 May Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik etməsi, təbrik mətnində qeyd olunan önəmli mesajlar hesab edirəm ki, çox vacibdir, əhəmiyyətlidir. Hər iki ölkənin gələcəkdə əməkdaşlıq əlaqələrində bu mesajlar mühüm bir məqam təşkil edə bilər”.

Röya İsrafilova