“SEPAH İran rejiminin onurğa sütunudur”
23 Yanvar 21:20
23 Yanvar 21:20
23 Yanvar 16:40
23 Yanvar 16:07
23 Yanvar 15:06
21 İyul 2025 10:16
3 206
“Şuşada Qlobal Media Forumda Avropa İttifaqı ilə enerji əməkdaşlığı, qaz ixracının artırılması üçün boru kəməri infrastrukturunun genişləndirilməsinin zəruriliyi də vurğulandı. Eyni zamanda, qərb mediasında Azərbaycana qarşı aparılan sistemli qarayaxma kampaniyalarının arxasında ölkənin müstəqil siyasəti və erməni lobbisinin dayandığı qeyd edildi”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Z.Qarayeva əlavə edib ki, Prezident Ermənistanın sülh danışıqlarını illərlə ləngitməsini, Paşinyanın ziddiyyətli bəyanatlarını və Konstitusiyada dəyişiklik edilmədikcə davamlı sülhün çətin olacağını bildirdi: “Avropa müşahidəçilərinin fəaliyyətinin kəşfiyyat xarakteri daşıdığı və bu fəaliyyətin Azərbaycana və İrana qarşı yönəldiyi də açıq şəkildə qeyd edildi”.
O bildirib ki, Rusiya ilə münasibətlərdə yaranmış gərginlik fonunda AZAL təyyarəsi məsələsinə dair Azərbaycanın haqlı mövqeyinin müdafiə ediləcəyi bildirildi: “Nəhayət, Azərbaycan mediasının son illərdə dövlət maraqlarını beynəlxalq səviyyədə uğurla müdafiə etməsi həyata keçirilən islahatların nəticəsi kimi dəyərləndirildi. Qarabağda həyata keçirilən “Böyük Qayıdış” proqramı isə həm miqyas, həm də icra sürəti baxımından dünya təcrübəsində nadir hadisə kimi qiymətləndirildi”.
Röya İsrafilova
23 Yanvar 21:20
910
23 Yanvar 16:40
994
23 Yanvar 16:07
1 687