

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Prezident İlham Əliyevin Vaşinqton səfəri Azərbaycan–ABŞ münasibətlərində yeni strateji mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan görüşlərdə ikitərəfli əməkdaşlıq yalnız siyasi müstəvidə deyil, iqtisadi, texnoloji və təhlükəsizlik sahələrində də genişləndirildi. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması barədə əldə olunan razılaşma gələcək illər üçün konkret fəaliyyət çərçivəsi təqdim edir. Enerji, nəqliyyat, süni intellekt, müdafiə sənayesi və digər istiqamətlər üzrə əməkdaşlıq Azərbaycanın regional və qlobal mövqeyini gücləndirəcək”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
Politoloq deyib ki, səfərin simvolik məqamlarından biri, uzun illərdir Azərbaycana qarşı tətbiq olunan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin Prezident Tramp tərəfindən ləğv edilməsidir: “Bu, həm ədalətin bərpası, həm də ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlıq niyyətinin açıq ifadəsidir. Eyni zamanda, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması və Minsk Qrupunun ləğvi üçün birgə müraciət razılaşdırıldı. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılması öhdəliyinin qəbul edilməsi, prosesin davamı olaraq sülh müqaviləsinin rəsmi imzalanmasına yol açır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru əlaqə təmin edəcək “Tramp Marşrutu”nun ABŞ qarantlığı ilə reallaşması isə həm geosiyasi, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Beləliklə, Vaşinqton görüşü Azərbaycanın 2020-ci ildən sonra hərbi müstəvidə qazandığı uğurları diplomatik sahədə də möhkəmləndirdi, regionda yeni siyasi və iqtisadi nizamın əsasını qoydu”.
Röya İsrafilova