

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Azərbaycan və Ermənistan arasında imzalanan “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında” Saziş, regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm siyasi-hüquqi sənəd kimi dəyərləndirilir. Saziş qarşılıqlı olaraq suverenliyin və sərhədlərin toxunulmazlığının tanınmasını, gücdən istifadənin və daxili işlərə qarışmanın qadağan edilməsini, diplomatik münasibətlərin bərpasını və sərhədlərin hüquqi yolla müəyyənləşdirilməsini nəzərdə tutur. Sərhədboyu təhlükəsizliyin təmin edilməsi, üçüncü dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsinin qadağan olunması və separatizm, terrorizm kimi təhdidlərə qarşı birgə mübarizə öhdəlikləri də sənəddə yer alır”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Politoloq qeyd edib ki, humanitar məsələlərin, xüsusən də itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi və qalıqların qaytarılması istiqamətində tədbirlər, tərəflər arasında etimadın bərpasına xidmət edir: “Bundan əlavə, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, beynəlxalq hüququn üstünlüyünün təsbit edilməsi və icranın birgə komissiya vasitəsilə nəzarətdə saxlanılması sənədin əsas mexanizmlərindəndir. Əgər bütün maddələr icra olunarsa, bu saziş regionun təhlükəsizlik arxitekturasını dəyişdirə və hər iki ölkə üçün yeni diplomatik imkanlar aça bilər”.
Röya İsrafilova