19 Avqust 2025 14:44
4 347
““İran müharibə şəraitindədir və cihad meydanındadır”. Bu sözləri vaxtilə Sepah komandanı, general Salami də demişdi. O, 12 günlük müharibənin son günündə, 13 iyunda İsrail-ABŞ birgə hava zərbələrində məhv edildi və onun üçün müharibə bitdi. İndi onun vəzifəsini general - Pakpur davam etdirir. Yəni şəxslər deyil, ideoloji xətt İran konservativləri üçün önəmlidir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə söyləyib.
Siyasi şərhçi bildirib ki, bu xəttin davamçıları 2015-ci ildə nüvə sazişi çərçivəsində ləğv edilən sanksiyaların bərpasına imkan verməmək üçün Qərblə danışıqları üstün tutsalar da, hər an yeni müharibəyə də hazırlaşırlar: “Çünki İran uranın zənginləşdirilməsi proqramından imtina etmək niyyətində deyil, ABŞ isə bu məsələdə kəskin israrlıdır. Odur ki, qərbin siyasi-ekspert dairələrində İranla yeni müharibə üçün hətta tarix belə təxmin edirlər - avqustun axrı yaxud dekabr ayından öncə. Bütün bunlar İranla Qərb arasında danışıqların nəticəsindən asılı olacaq. Ya yeni nüvə sazişi ya da yeni müharibə”.
Röya İsrafilova
10:35
1 120
25 Mart 18:25
1 407
25 Mart 15:09
1 365