

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Cənab Prezidentimizin dünən Kəlbəcərə - öz doğma torpağına qayıtmış sakinlərlə görüşündə söylədiyi fikirlər bir tərəfdən onun vətəndaşları ilə səmimi görüşünü, vətəndaşların qayğılarının həll edilməsində göstərdiyi nümunə, digər tərəfdən isə ölkə liderinin Azərbaycan cəmiyyəti qarşısında növbəti bir hesabatı idi. Onun hər çıxışı Azərbaycanın daxili və xarici siyasətinin həyata keçirilməsi istiqamətində gördüyü işin hesabatıdır. Prezidentin dünənki tariximiz və gələcəkdə görəcəyimiz işlər barəsində fikirləri olduqca maraqlı idi. Biz şirin sözlərə inanmamalı, biz həmişə Azərbaycana qarşı ola bilən təhdidlərin qarşısını almaq üçün yollar fikirləşməliyik. Bu, cənab Prezidentin çıxışının əsas leytmotivi idi”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.
Deputat əlavə edib ki, eyni zamanda, dövlət başçımızın Kəlbəcər kimi unikal bir ərazinin işğaldan azad edilməsi, onun bərpa edilməsi barəsində fikirləri də çox önəmli idi: “Bir güllə atılmadan Kəlbəcərin işğaldan azad edilməsi Prezident İlham Əliyevin siyasətinin böyük uğuru idi. Həmçinin qısa zamanda xaricdən heç bir dəstək olmadan Kəlbəcər sakinlərinin öz doğma torpaqlarına geri qayıtması da onun böyük uğuru sayılır. Bu, Prezidentimizin uğurudur, Azərbaycanın uğurudur. Hər bir vətəndaş bilir ki, onun lideri onun qayğıları ilə yaşayır və onun qısa zamanda bir neçə regiona səfər etməsi, açılışlar etməsi, gələcək inkişafla bağlı tapşırıqlar verməsi hamının diqqətində idi. Bir daha yəqin etdik ki, Azərbaycanın müstəqilliyi, suverenliyi bu gün hər bir vətəndaş üçün uğurlu şəkildə işləyir”.
Röya İsrafilova
Qayıdış dövründə Laçında nə kimi işlər görülüb? – Ekspertdən açıqlama