“Bu, Ermənistanın uzun müddət yanlış illüziyalara qapıldığını bir daha ortaya qoyur” Gündəm

“Bu, Ermənistanın uzun müddət yanlış illüziyalara qapıldığını bir daha ortaya qoyur”

“Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı ATƏT-in Minsk qrupunun fəaliyyətini faydasız adlandıraraq etiraf etdi ki, bu format münaqişənin həllinə yox, uzanmasına xidmət edib. Bu, əslində Prezident İlham Əliyevin illər əvvəl səsləndirdiyi mövqenin təkrarından başqa bir şey deyil”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

O qeyd edib ki, Paşinyanın açıqlaması həm daxildə revanşist qüvvələrə mesajdır, həm də Qərbə sülh gündəliyinə yaxınlaşdığını göstərmək məqsədi daşıyır: “Lakin bu mövqenin gecikmiş şəkildə səsləndirilməsi Ermənistanın uzun müddət yanlış illüziyalara qapıldığını bir daha ortaya qoyur”.

Röya İsrafilova