

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Türkiyə nümayəndə heyətinin Ermənistana səfəri zamanı əsas müzakirə mövzusu sərhədin açılması olacaq. Görüşlərdə kommunikasiya xətləri, sərhədkeçid rejiminin tətbiqi və digər texniki məsələlər ətraflı müzakirə ediləcək”.
Bu sözləri xalqcəbhəsi.az-a müsahibəsi zamanı Milli məclisin deputatı Azər Allahverənov deyib. Onun sözlərinə görə, uzun illər sərhədlərin bağlı qalmasının səbəbi Azərbaycanın işğal altında olan torpaqları və diplomatik münasibətlərin olmaması idi: “2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə bölgədə yeni reallıq formalaşıb. Azərbaycan BMT-nin dörd qətnaməsinin tələblərini yerinə yetirərək torpaqlarını işğaldan azad edib və separatizmə son qoyub. Artıq paraflanmış sülh mətni və avqustun 8-də əldə olunmuş Vaşinqton razılaşmaları mövcuddur”.
Onun sözlərinə görə, bölgədə qarşılıqlı əməkdaşlıq prinsiplərinə uyğun olaraq diplomatik münasibətlərin qurulması prosesi başlayıb: “Burada əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Bu dəhliz vasitəsilə Azərbaycanın əsas ərazisindən Naxçıvana və eyni zamanda Türkiyə istiqamətində beynəlxalq yük daşımaları həyata keçiriləcək.
Hazırda Türkiyə tərəfdən zəruri işlər aparılır, Ermənistan isə ərazilərin minalardan təmizlənməsi və ilkin infrastrukturun qurulması ilə məşğuldur. Son vaxtlar Ermənistandan Suriyaya göndərilən humanitar yüklərin də bu sərhəd qapısından keçməsi artıq mexanizmin qismən işlək olduğunu göstərir”.
Azer Allahverov qeyd edib ki, sərhədin açılması və yükdaşımaların davamlı təmin olunması məsələsi nümayəndə heyətlərinin əsas müzakirə predmeti olacaq. Onun fikrincə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra proseslər daha da intensivləşəcək.
Günel Elxan