"Azərbaycanın siyasi iradəsi iqtisadi sahədə əməkdaşlıqlara  və investisiyalara açıqdır" Gündəm

"Azərbaycanın siyasi iradəsi iqtisadi sahədə əməkdaşlıqlara  və investisiyalara açıqdır"

Biznes liderləri, dövlət rəsmiləri və beynəkxalq investorların iştirakı ilə Azərbaycanda keçirilən birinci Beynəkxalq İnvestisiya Forumunda enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf, səhiyyə və daşınmaz əmlak üzrə regional əməkdaşlıq və investisiya pürspektivləri iki gün ərzində müzakirə olunacaq. Azərbaycan dövlətinin siyasi iradəsi iqtisadi sahədə əməkdaşlıqlara və investisiyalara açıq olmasını təmin edir.

Bunu "Xalq Cəbhəsi"nə ƏHD Partiyasının İdarə Heyətinin üzvü, politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, Azərbaycanda, xüsusən də Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında investisiya məsələləri qarşılıqlı əməkdaşlıq və qazanc əldə etmək üçün böyük perspektivlər yaradır: "Azərbaycanın iqtisadiyyat nazirliyi ilə BƏƏ-nin holdinqi arasında "Şəhər daxilində şəhər konsepsiyasının inkişafına dair əməkdaşlıq" müqaviləsi imzalanıb. Bu müqavilənin mahiyyət etibarilə müasir dövrdə əhalinin artımı və yerləşdirilməsinin planlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyi görünür. Şəhər daxilində şəhər konsepsiyasının ilk dəfə Azərbaycanda tətbiqinin "Sibriz" layihəsində şahidi oluruq. Göründüyü qədərilə bi konsepsiyanın daha da genişləndirməsi, həmçinin digər ərazi və regionlarda tətbiqinin üstünlükləri daşınmaz əmlak sektorunda mühüm investisiya və əməkdaşlıq mühiti yaradır".

Cavid